Qlobal maliyyə bazarlarında artan qeyri-müəyyənlik və investorların ABŞ aktivlərindən uzaqlaşma meyli rəqəmsal aktivlərə marağı sürətləndirib.
Valyuta.az xəbər verur ki, xüsusilə kriptovalyuta fondları may ayında bütün zamanların ən yüksək aylıq investisiya daxilolmalarına şahid olub.
"Morningstar" tərəfindən dərc olunan məlumata görə, keçən ay kriptofondlarına ümumilikdə 7,05 milyard dollar dəyərində xalis investisiya qoyulub. Bu rəqəm kriptofondları tarixində aylıq ən yüksək daxilolma kimi qeydə alınıb. Bununla da idarə olunan ümumi aktivlərin həcmi 167 milyard dollara çataraq 202-cü ilin dekabr səviyyələrini də keçib.
Kriptobazarında ən çox investisiya cəlb edən rəqəmsal aktiv yenə də "Bitcoin" olub.
"Coin Bureau" analitiki Nik Pakrinin fikrincə, ABŞ iqtisadiyyatına olan inamın azalması və dolların zəifləmə gözləntisi investorların "Bitcoin"ə üz tutmasında təsirli olub. O, qiymətləndirməsində bildirib: "İstiqraz gəlirləri artmış olsa da, səhm bazarlarında aydın bir istiqamət yoxdur. Lakin "Bitcoin" sabitliyi ilə önə çıxır".
"Aether Holdings" rəsmisi Lin kriptofondlarına marağın qısamüddətli bir dalğa olmadığını vurğulayıb: "İlk əvvəl panika və ya qaçış motivasiyası ilə daxilolmalar olmuş ola bilər, lakin indi daha balanslaşdırılmış və uzunmüddətli bir investisiya marağı söhbətdir. Bu da kriptoaktivlərin indi institusional portfellərdə davamlı yer tutduğunu göstərir".
Paşa Məmmədli