AZ

“Azərişiq”ıntenderlərinin qalibinin rəhbəri dəyişdi

BAKI, 12 iyun.TELEQRAF

“Azərişiq” ASC Kəlbəcər şəhəri (1-ci faza) üzrə elektrik təchizatı məqsədilə transformator məntəqəsinin tikintisi və 35 kV-luq elektrik veriliş xəttinin xəttinin çəkilməsi işləri ilə bağlı 2 milyon 362 min manat dəyərində müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, ASC-nin elan etdiyi satınalmanın qalibi "Smart Energy Services" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. İşlərin bu ilin sentyabr ayının sonuna qədər yükunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, "Azərişıq" "Smart Energy Services" ilə indiyə qədər onlarla milyonluq tender müqaviləsi bağlayıb.

2024-cü ildə Laçın rayonu Güləbird, Şəlvə, Ərikli, Kürdhacı kəndlərinin və Qorçu qəsəbəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsi işlərinin satın alınması ilə bağlı bu şirkətlə 6 milyon 321 min manat dəyərində müqavilə imzalayıb.

Elə həmin ildə Ağdam şəhəri ərazisində tikintisi planlaşdırılan yaşayış məhəllələrinin enerji təchizatının təmin olunması məqsəsilə baş plana uyğun olaraq layihələndirilmiş ərazilərin hər birində bir ədəd 35/0,4 kV-luq 4x2500 kVA gücündə transformator yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinin satın alınması üçün şirkətlə 7 milyon 994 min 909 manat dəyərində, “Xocalı rayonu, Əsgəran yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq "Əsgəran" yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi” işlərinin satın alınması ilə bağlı 4 milyon 443 min 291 manat, Gəncə şəhərində 110/35 kV-luq 2x40 MVA gücündə "Mərkəz" yarımstansiyasının tikintisi və mövcud şəbəkə ilə əlaqələndirilməsi (giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi) işləri ilə bağlı 15 milyon 603 min 261 manat dəyərində müqavilə imzalayıb.

Eləcə də 2024-cü ildə "Azərişıq" "Smart Energy Services" ilə Şuşa şəhəri Qarabağ küçəsində 35/0,4 kV-luq 4x2500 kVA gücündə transformator məntəqəsinin tikintisi və 35 kV-luq şəbəkə ilə əlaqələndirilməsi işləri ilə bağlı 3 milyon 206 min 902 manat, 110/35/10 kV-luq "Qamışlı yarımstansiyasından çıxan 110 kV-luq mövcud hava xəttinin Kəlbəcər şəhəri ərazisindən İstisuya qədər olan hissəsinin 110 kV-luq iki dövrəli hava xətti ilə yenidənqurulması16 milyon 222 min 149 manat dəyərində, Şuşa rayonu, Malıbəyli yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq "Malıbəyli" yarımstansiyanın tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinin satın alınması ilə bağlı 3 milyon 426 min 552 manat, Xocalı rayonu, Sığnaq yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq yarımstansiyanın tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinin satın alınması ilə bağlı 3 milyon 719 min manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, “Smart Energy Services” MMC-nin nizamnamə kapitalı 10 manatdır. 2020-ci ildə qurumun qanuni təmsilçisi iki şəxs arasında bir neçə dəfə dəyişib. 2025-ci ilədək təmsilçilər Anar Tinayev və Rəşad Şıxıyev olub. Lakin 2025-ci ilin 12 iyunundan, yəni bu gündən təmsilçi yalnız Anar Tinayevdir.

Seçilən
26
1
teleqraf.com

2Mənbələr