AZ

“Mançester Yunayted” braziliyalı hücumçunun transferini açıqlayıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 12 iyun, AZƏRTAC

İngiltərənin “Mançester Yunayted” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Vulverhemptom”un hücumçusu Mateus Kunyanı transfer edib.

Braziliyalı forvardla 5 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, tərəflər sonradan sözləşmənin müddətini daha bir il uzada bilərlər.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

İddiaya görə, Mançester təmsilçisi bu transfer üçün qarşı tərəfə 74,4 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Mateus Kunya 2023-cü ildən "Vulverhempton"da çıxış edirdi. 26 yaşlı hücumçu ötən mövsüm klub səviyyəsində bütün turnirlərdə 36 oyun keçirib, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
4
azertag.az

5Mənbələr