AZ

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirildi

BAKI, 12 iyun. TELEQRAF

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, 12 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında yeni İctimai şuraya seçki keçirilib.

Bu barədə Teleqraf-aFövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə fövqəladə hallar nazirinin müavini, Nazirlik yanında yeni İctimai şuranın seçki komissiyasının sədri Tapdıq Əmiraslanov iştirak edib.

Qeyd edək ki, vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 12 nəfərin namizədliyi təsdiq edilib. Seçkidə seçici kimi iştirak etmək üçün vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 71 nəfər təmsilçidən 54-ü iştirak edib.

Şəffaf şəkildə keçirilmiş seçkinin yekunu olaraq Fövqəladə Hallar Nazirliyi yanında yeni İctimai şura aşağıdakı tərkibdə formalaşıb:

Abbasova Vəfa Zahid qızı - “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi
Abışova Vüsalə Mahir qızı – “APA Group”
Bayramlı Dinara Dmitriy qızı - “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi
Cürənov Ramiz Mikayıl oğlu - “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi
Ədilzadə Ədil Tahir oğlu - “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi
Əkbərov Fariz Vahid oğlu – “Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi”
Fərzəliyev Sahib Abduləli oğlu – “Potensial” Sumqayıt Mütəxəssislər Birliyi
Hacızadə Fuad Mahmud oğlu - Beynəlxalq Ekoenergetika Akademiyası
Qafarov Emil Kamil oğlu – “Yaşıl Tikintiyə Dəstək” İctimai Birliyi
Məmmədov Məhəmməd Qurban oğlu - “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi
Rəhimli Davud Səid oğlu - Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı

Seçilən
41
4
teleqraf.com

5Mənbələr