“Yuventus” müdafiəçisi Nikolo Savona ilə müqaviləni yeniləyib. Msport.az 22 yaşlı futbolçu ilə müqavilə 2030-cu ilin iyunun sonuna qədər nəzərdə tutulub.
Savona ötən mövsüm 37 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Turin klubunun yetirməsi olan müdafiəçi 2024-cü ilin avqustundan “Yuventus”un əsas heyətində oynamağa başlayıb.