Xalq artisti Naibə Allahverdiyeva ona şiddət göstərən keçmiş əri ilə bağlı iddialara cavab verib.
Bizim.Media xəbər verir ki, aktrisa bu barədə o, “Elgizlə izlə”də danışıb.
Sənətçi həyat yoldaşı ilə tanış olanda onun evli olduğunu iddia edənlərdən söz açıb:
“Heç vaxt heç kimin bilə-bilə ailəsinə müdaxilə etmərəm. Çünki mənim anamın evliliyini məhv ediblər. O, həyat yoldaşından 5 il əvvəl ayrılmışdı. Gedib, anasından soruşdum ki, həqiqətən boşanıb? Özü də ayrıldığını dedi. Buna görə, onun evlilik təklifini qəbul etdim. Yoxsa mümkün deyildi. Birinin bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz.
Övladlarının yanına qayıtsa, sevinərəm. Amma birinci xanımı onu qəbul etmir. Çox gözəl qadındır, gözəl övladları var. Uşaqları ilə tanış idik. Çox yaxşı oğlu, qızı var. Hətta deyirdim, övladlarına soyuq yanaşma, sən onların problemləri ilə maraqlanmalısan. Oğlunun 25 yaşı var. Ümumiyyətlə onun haqqında danışmaq istəmirəm, bu kitabı bağlamışam. Biz iki ildir rəsmi ayrılmışıq”.
Qeyd edək ki, sənətçinin eks-həyat yoldaşı bir müddət öncə onun şikayəti ilə həbs olunmuşdu.
Sara, Bizim.Media