AZ

IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirib (FOTO)

Bakı. Trend:

İyunun 11-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə dənizmövsümünün başlanması ərəfəsində Bilgəh qəsəbəsində yerləşənictimai çimərlikdə sahilyanı təmizlik aksiyası təşkil olunub.

“Sahillər təmiz qalsın!” şüarı altında keçirilən aksiyada 50IDEA könüllüsü iştirak edib. Aksiya zamanı 2 tona yaxın tullantıtoplanaraq Balaxanı Bərk Məişət Tullantılarının ÇeşidlənməsiZavoduna təhvil verilib.

Aksiyanın əsas məqsədi vətəndaşlar arasında sahilyanı ərazilərdətəmizlik qaydalarına əməl olunmasını təşviq etmək, dənizkənarıərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısınıalmaq və ictimaiyyəti Xəzər dənizi və ətraf mühitin mühafizəsiistiqamətində səfərbər etməkdir.

Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər suhövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEAçirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasınayönəlmiş müntəzəm tədbirlər təşkil edir.

IDEA İctimai Birliyi dəniz mövsümünün başlanması ərəfəsindəvətəndaşları çimərliklərdə istirahət edərkən ətraf mühitinmühafizəsinə həssas yanaşmağa, sahilləri təmiz saxlamağa,tullantıları ətrafa atmamaqla məsuliyyətli davranış sərgiləməyə vəyaranmış tullantıları özü ilə aparmağa çağırır.

IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
Məqalədə:
Seçilən
21
8
az.trend.az

9Mənbələr