BAKI, 12 iyun. TELEQRAF
İyulun 29-da Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti dəfə nəqliyyat vasitələri hərraca çıxarılacaq.
Teleqraf xəbər verir ki, hərracda iki ədəd 2013-cü il istehsalı və on ədəd 2014-cü il istehsalı BMW markalı minik avtomobilləri satışa qoyulacaq.
Nəqliyyat vasitələrinin start qiyməti 45 min manatdan başlayır.
Qeyd edək ki, hərracda iştirak etmək istəyənlər əvvəlcədən 10 faiz beh, yəni, 4 500 manat ödəməlidirlər.
Onu da bildirək ki, nəqliyyat vasitələrinin satışı üzrə keçirilən hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.