Azərbaycan və Beynəlxalq Enerji Agentliyi (İEA) arasında qlobal enerji bazarında mövcud tendensiyalar və proqnozlara dair fikir mübadiləsi aparılıb.
Bu barədə “Report” Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu barədə Brüsseldə enerji səmərəliliyi üzrə beynəlxalq tədbir çərçivəsində energetika naziri Pərviz Şahbazov və IEA-nın icraçı direktoru Fatih Birolla görüşündə bildirib.
F. Birol Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu, bu xüsusda əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. Söhbət zamanı Agentliklə COP29-un təşəbbüslərinin təşviqi sahəsində səmərəli əməkdaşlığın mövcud olduğu vurğulanıb.
Enerji təşəbbüslərinin icra vəziyyətinin izlənilməsi və irəliləyişlərin Agentliyin müvafiq hesabatlarında əks etdirilməsi, eləcə də əməkdaşlığın gələcək inkişaf istiqamətləri üzrə müzakirələr aparılıb.