İngiltərə Premyer Liqası klubu "Liverpul" yeni mövsüm transfer çalışmalarına start verib.
Operativ Media xəbər verir, "mersisaydlılar" PSJ-nin fransız hücumçusu Bredli Barkolanı heyətinə qatmaq istəyir.
Arne Slotun sərəncamında görmək istədiyi hücumçu ilə Almaniyanın "Bavariya" klubu da yaxından maraqlanır.
"Liverpul" Barkola üçün 100 milyon avronu gözdən çıxarıb.
"Transfermarkt" nəşri 22 yaşlı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.