AZ

4 Türk dövlətinin və Pakistanın xüsusi təyinatlıları "birləşir"...


Azər Həsrət: “Bu cür təlimlər sadəcə öyrənmək məqsədi güdmür, eyni zamanda, ortaq gücümüzü də sərgiləmiş oluruq”

Məlum olduğu kimi, bu ilin sentyabr ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə ölkəmizdə keçiriləcək “Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təlimininplanlaşdırma konfransı təşkil edilib.

Görüş zamanı xüsusi təyinatlıların birgə əməliyyat hazırlığı və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili diqqət mərkəzində olub. Təlimin praktiki mərhələsi üçün ətraflı planlaşdırma aparılıb və müxtəlif ssenarilər üzrə icra olunacaq tapşırıqlar müzakirə edilib.

Maraqlıdır, qeyd edilən ölkələrin təlimlərinin nə kimi faydası olacaq?

“Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlərlə bərabər Pakistan kimi qüdrətli bir ölkənin bu cür təlimlərə cəlb edilməsi bizim ümumi gücümüzün artırılmasına əlavə töhfə verəcək”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dəyişən dünyada ayrı-ayrı dövlətlərin özünü müdafiə etməsi üçün əlavə imkanlar qazanması vacibdir. Türk Dövlətləri Təşkilatınaüzv olan dövlətlərin buna çox ciddi ehtiyacı var: “Biz bir-birimizə dəstək olaraq üzərimizə gəlmək ehtimalı olan qüvvələrdən müdafiə oluna bilərik. Hətta öz görüntümüzlə belə onları çəkindirə bilərik. Təbii ki, Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlərlə bərabər Pakistan kimi qüdrətli bir ölkənin bu cür təlimlərə cəlb edilməsi bizim ümumi gücümüzün artırılmasına əlavə töhfə verəcək. Biz birlikdə hərəkət edirik. Nəzərə almaq lazımdır ki, bu cür təlimlər sadəcə öyrənmək məqsədi güdmür, eyni zamanda, ortaq gücümüzü də sərgiləmiş oluruq. Təcavüzkarlıqda ad çıxaran ölkələr bu vəziyyətdən öz hesabını götürür. Əsasən Azərbaycanın və türk dövlətlərinin üzərinə yeriyən dövlətlərə biz güc göstərmək məcburiyyətindəyik. Başda Rusiya, İran və Hindistana öz gücümüzü göstərməliyik. Bu üç dövlətin və ya bir neçəsinin hücum ehtimalı hər zaman olub. İran və ya Rusiyanın ölkəmizə təcavüzü heç vaxt gündəmdən çıxarılmır. Son vaxtlar Hindistanın da məlum xora qoşulmasının şahidi oluruq. Eyni zamanda, bu yaxınlarda Hindistanın Pakistana hücum etməsinin də şahidi olduq. Eləcə də Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər qardaş türk dövlətlərə Rusiyanın təcavüzü an məsələsidir. Mütəmadi olaraq Rusiya rəsmilərinin bu dövlətlərlə bağlı fikirlərinin şahidi oluruq. Belə bir şəraitdə biz gücümüzü dünyaya birlikdə nümayiş etdirməliyik ki, üzərimizə gələnlər bir daha düşünsün. Belə təlimlər tək öyrətmək məqsədi daşımır, həm də birgə gücün nümayişinə xidmət edir. Təsəvvür edin, bir tərəfdə güclü ordusu olan qardaş Türkiyə, digər tərəfdə isə islam aləminin atom silahına sahib təkdövləti olan Pakistan və Azərbaycan, Qazaxıstan, Özbəkistan kimi dövlətlərin birliyimesaj xarekteri daşıyır”.

Günel CƏLİLOVA

Seçilən
71
baki-xeber.com

1Mənbələr