Bakı. Trend:
Maliyyə xidmətləri istehlakçılarının və investorlarınhüquqlarının müdafiəsi sahəsində çağrı mərkəzlərinin rolununvacibliyi müzakirə edilib.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, müzakirələrdəAzərbaycan Banklar Assosiasiyası, Azərbaycan SığortaçılarAssosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, AzərbaycanFintex Assosiasiyası İctimai Birliyi və Azərbaycan KapitalBazarları Assosiasiyasının, həmçinin assosiasiyalara üzv olantəşkilatların 150-yə yaxın nümayəndəsi iştirak edib.
Görüş maliyyə xidmətləri istehlakçılarının və investorlarınhüquqlarının müdafiəsi sahəsində çağrı mərkəzlərinin rolununvacibliyi mövzusuna həsr olunub.
Görüşdə Mərkəzi Bankın Çağrı mərkəzinin fəaliyyətinintəşkilindən bəhs olunub və təşkilatların qaynar xətt nömrələrivasitəsilə məlumat əlçatanlığının təmin olunması istiqamətindətövsiyələr səsləndirilib. Daha sonra vətəndaş məmnuniyyətininartırılması istiqamətində işlərin daha da səmərəli həyatakeçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.Görüş iştirakçıları tərəfindən istehlakçılara göstərilənxidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib vəonlar tərəfindən ünvanlanan suallar cavablandırılıb.
"Mərkəzi Bank maliyyə xidmətləri istehlakçılarının vəinvestorların hüquqlarının qorunması istiqamətində səmərəliliyinartırılmasını və məlumat əlçatanlığının təmin olunmasını diqqətdəsaxlayır. Bu məqsədlə Mərkəzi Bankın rəsmi veb-səhifəsindəSual-cavab bölməsində Çağrı mərkəzinə daxil olan müraciətlərəsasında məlumat bazası yenilənib.
Bununla yanaşı, Mərkəzi Bank tərəfindən vətəndaş məmuniyyətininartırılması istiqamətində həyata keçirilmiş növbəti təşəbbüsrespublika ərazisində fəaliyyət göstərən elektron pul təşkilatlarıvə ödəniş təşkilatlarına aid fiziki ödəniş terminallarının əsassəhifəsində, habelə internet resursları və mobil tətbiqlərində“966” Qaynar xətti barədə məlumatın göstərilməsinin təmin edilməsiüzrə işlərin həyata keçirilməsi olub. Bununla istehlakçılara təqdimedilən ödəniş xidmətləri ilə bağlı çətinlik və suallar yarandığıvaxtında bildirilməsi və operativ araşdırılaraqcavablandırılmasının təmin edilməsi mümkün olacaq", - deyəməlumatda qeyd olunub.
Xatırladaq ki, Mərkəzi Bank tərəfindən daha öncə həyatakeçirilmiş analoji tədbirlər nəticəsində respublika ərazisindəfəaliyyət göstərən bankların, bank olmayan kredit təşkilatlarının,sığortaçıların və valyuta mübadiləsi məntəqələrinin inzibatibinalarında (filial, nümayəndəliklər) “966” Qaynar xətti barəsindəməlumatın yerləşdirilməsi təmin olunub.