AZ

Bu il balıqçılıq sahəsində məhsul istehsalında artım proqnozlaşdırılır

BAKI, 12 iyun. TELEQRAF

2025-ci ildə qlobal balıqçılıq və akvakultura sahəsində məhsul istehsalı illik müqayisədə 2,9 milyon ton və ya 1,5% artaraq 196,6 milyon tona çatacaq.

Teleqraf Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına istinadən xəbər verir ki, akvakultura üzrə artımın əsasən isti sularda yetişdirilən krevet və sazan növlərinin hesabına 2,6% artacağı 104 milyon tona çatacağı proqnozlaşdırılır.

2025-ci ildə dəniz məhsullarının dünya ticarətində dəyəri 1,7% artaraq, 183,8 milyard ABŞ dollarına çatacaq, lakin ticarət həcmləri cəmi 0,5% artacaq. FAO Balıq Qiymətləri İndeksi (FPI) 2025-ci ilin aprel ayında orta hesabla 117 bənd təşkil edib, bu da ümumilikdə sabit bazar şəraitini göstərir.

FAO-nun məlumatına görə, bütün balıq ehtiyatlarının 64,5%-i bioloji cəhətdən dayanıqlı səviyyədə istismar olunur, 35,5%-i isə həddən artıq istismar olunmuş ehtiyatlar kimi təsnif edilir. İstehsal səviyyəsinə görə çəkiləndə isə dünyada balıqçıların tutduğu məhsulun 77,2%-i bioloji cəhətdən dayanıqlı ehtiyatlardan əldə olunur.

Effektiv balıqçılıq idarəetməsi tətbiq edilən dəniz balıqçılığı zonalarında dayanıqlılıq göstəriciləri qlobal orta göstəricidən xeyli yüksəkdir. Məsələn, Şimali-Şərqi Sakit Okeanda ehtiyatların 92,7%-i dayanıqlı şəkildə istismar olunur.

Seçilən
43
teleqraf.com

1Mənbələr