AZ

Fransa İranın nüvə eskalasiyasını pisləyir

Fransa

Fransa İranı nüvə öhdəliklərinə qayıtmağa çağırır. Fransa Xarici İşlər Nazirliyinin bu çağırışıBeynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranı nüvə öhdəliklərini pozmaqda ittiham etməsindən sonra olub.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə cümə axşamı Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemoyn brifinqdə bildirib.

Onun sözlərinə görə, Paris İranın "nüvə gərginliyini artırmaq istəyini" pisləyir və onu nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa çağırır.

Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatı MAQATE Rəhbərlər Şurasının İranın nüvə öhdəliklərini pozduğunu tanıması qərarından sonra verilib.

Qeyd edək ki, MAQATE-nin Rəhbərlər Şurasının 35 üzvündən 19-nun təsdiq etdiyi qətnamədə İran nüvə enerjisi ilə bağlı tədbirlər haqqında məlumatı açıqlamağa dair öhdəliklərini dəfələrlə pozmaqda ittiham olunur.

E. KAMAL
Seçilən
34
1
reyting.az

2Mənbələr