BAKI, 12 iyun. TELEQRAF
Almaniya Ukraynaya əlavə olaraq 1,9 milyard avro hərbi yardım ayırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevdə Vladimir Zelenski ilə görüşündən sonra deyib.
"Almaniya adından demək istəyirəm ki, biz bu il Ukraynaya 4 milyard avroluq yardım etmişik. Son aylarda biz bu yardımı 7 milyard avroya çatdırmışıq. İstəyirik ki, daha 1,9 milyard avro əlavə etmək, bu, hələ nəhayət qərara alınmayıb", - o deyib.