AZ

KİV: Hindistanda qəzaya uğrayan təyyarədə Britaniya vətəndaşı sağ qalıb - YENİLƏNİB - FOTO

Xilasedicilər Hindistanın “Air India” aviaşirkətinə aid təyyarənin qəzaya uğradığı yerdə bir nəfərin sağ qaldığını müəyən edib.


APA xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Müəyyən edilib ki, qəzadan xilas olan şəxs 40 yaşlı, Hindistan əsilli Böyük Britaniya vətəndaşı Vişvaskumar Rameşdir.

Onun təyyarənin ön hissəsindəki 11A oturacağında əyləşdiyi bildirilib. Hazırda V. Rameşin həyatı üçün təhlükə yoxdur.

Ümumilikdə indiyədək ərazidə 204 meyit aşkar olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.

17:54

Hindistanda qəzaya uğrayan sərnişin təyyarəsində bir nəfərin sağ qaldığı məlum olub.

APA xəbər verir ki, bu barədə yerli media xəbər yayıb.

Qeyd edək ki, Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə qəzasında göyərtədə olan 242 nəfərin hamısının öldüyü bildirilib.

KİV:
Seçilən
47
4
apa.az

5Mənbələr