Azərbaycanda iyulun 1-dən beşdən çox olan analara verilən müavinətlər artırılıb.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda öz əksini tapıb.
Fərmanda qeyd edilir:
"Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1539 (Cild I) 1-ci hissəsində "105 (yüz beş)" sözləri "140 (yüz qırx)" sözləri ilə əvəz edilsin.