BAKI, 12 iyun. TELEQRAF
Paytaxtın bir sıra küçə və prospektində yeni skuter parklanma məntəqələri yaradılıb.
Teleqraf xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, Bakının Məhəmməd Hadi küçəsində 5, Sarayevo küçəsində 1, Seyid Əzim Şirvani küçəsində 1, Qara Qarayev prospektində 2 parklanma məntəqəsi yaradılıb.