
Amerikalı aktyor Harris Yulin 87 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.
“Teatr və kino veteranı Harris Yulin çərşənbə axşamı, iyunun 10-da Nyu-Yorkda ürək tutmasından vəfat edib. Onun 87 yaşı var idi”, - nəşr yazır.
Aktyorun nümayəndəsi daha sonra anım mərasiminin keçiriləcəyini təsdiqləyib.
Yulin 1937-ci ildə Los-Ancelesdə anadan olub. 1970-ci illərdən o, film çəkilişləri ilə yanaşı, televiziya və teatr tamaşalarında da fəal iştirak edib.