AZ

Osimhendən “Fənərbaxça”ya müjdə -

“Əl Hilal” klubu Viktor Osimhenlə razılığa gələ bilməyib. Metbuat.az xəbər verir ki, “Əl Hilal” Osimhendən rədd cavabı aldıqdan sonra “Fənərbaxça”nın futbolçusu En-Nesyrini transfer etmək üçün hərəkətə keçib. “Əl Hilal”ın En-Nesyri üçün “Fənərbaxça”nın tələb etdiyi rekord transfer haqqını ödəməyə hazır olduğu iddia edilib. “Todofichajes”də dərc edilən xəbərə görə, "Fənərbaxça" futbolçu üçün “Əl Hilal”dan 40 milyon avro tələb edib.

İddia edilir ki, “Əl-Nəssr” mövsümün fasiləsində mərakeşli hücumçu üçün “Fənərbaxça”ya 30+5 milyon avro təklif etsə də, rədd cavabı alıb. Bu mövsüm 52 matçda forma geyinən En-Nesyri 30 qol və 7 məhsuldar ötürmə ilə çıxış edib.

Seçilən
35
1
metbuat.az

2Mənbələr