AZ

"Mançester Siti"dən ayrılan futbolçu "Napoli"də - RƏSMİ

BAKI. 12 iyun. TELEQRAF

İtaliyanın "Napoli" klubu futbolçu Kevin De Bröyne ilə müqavilə bağlayıb.

Teleqraf Neapol təmsilçisinin X səhifəsinə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi 3 illik anlaşmaya imza atıb.

Belçikalı oyunçu ildə 5 milyon avro qazanacaq.

Qeyd edək ki, Kevin De Bröyne ötən mövsüm İngiltərənin "Mançester Siti" klubunun heyətində 40 oyuna 6 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
31
teleqraf.com

1Mənbələr