AZ

“İran baş qatırdı”

Dünən Tramp İranla nüvə sazişi bağlayacağına artıq inanmadığını dedi. Pentaqon isə sübut elədi ki, İran bu günə qədər baş qatırmış. Elə həmin andan etibarən İsrailin İrana hücumu barədə xəbərlər yağış kimi yağmağa başladı.

Britaniyanın “Reuters” agentliyi hücum üçün 3 gün vaxt qoyub. Çünki ABŞ indi İranın əli çata biləcək İraq, Bəhreyn və Küveytdən diplomatlarını təcili çıxardır. Paralel olaraq səfirliklər fövqəladə hallar planlarını işə salıb, fövqəladə komitələr toplanıb.

İsrail isə artıq rəsmi səviyyədə ordunun hücuma hazır olduğunu bəyan edib. Hərbi hava qüvvələri təyyarələrini sazlayıb, bircə əmri gözləyir. Yaponiya, Çin, Rusiya kim varsa İrana zəng vurub, danışıqlara razı salmağa çalışır, təslim ol çağırışları edir.

Amma gecdir. İran bütün bu illər boyu baş qataraq kifayət qədər zənginləşdirilmiş uran toplayıb. İndi o qədər materialı var ki, hara qoyacağını bilmir. İstəsə, bir həftəyə nüvə bombası düzəldə bilər.

Məcburən müdafiəyə hazırlaşır. Livan, Yəmən və İraqdakı proksi qüvvələrini hərəkətə gətirib. Açıq-aşkar döyüş hazırlığı gedir. Bəyanatlar, hədələr, hər şey aktiv fazadadır.

Əgər İran 15 gün də baş qatıb, vaxt uzada bilsə, artıq yolun geri dönüşü olmayacaq. Şimali Koreya kimi toxunulmaz, amma qapalı və təhlükəli bir ölkəyə çevriləcək.

Seçilən
37
vaxt.az

1Mənbələr