AZ

Bu məktəblərdə yağlı qidalar qadağan EDİLDİ

İspaniyada məktəb bufetləri və yeməkxanalarında uşaqlarda piylənmənin qarşısını almaq üçün yeni sağlam qidalanma tənzimləmələri tətbiq ediləcək. Yeni qaydalar, xüsusilə aztəminatlı ailələrin uşaqlarının daha sağlam qidalanmasını təmin etməyə yönəlib. Bu addım, ölkədə uşaqlar arasında sağlamlıq bərabərsizliyinin azaldılması məqsədini daşıyır.

 

AzEdu.az xarici KİV-dən əldə etdiyi məlumata əsasən, İspaniyada məktəb bufetləri və yeməkxanalarında uşaqlıqda piylənmənin qarşısını almaq məqsədilə yeni, sağlam menyular tətbiq ediləcək. Ölkənin Nazirlər Şurası bu həftə məktəblərdə yerli məhsulların istifadə olunmasını təmin edən və bəzi qızardılmış, yağlı qidaların satışını qadağan edən kral fərmanını təsdiqləyib.

 

Yeni tənzimləmə, aztəminatlı ailələrdən olan uşaqlar arasında sağlamlıq bərabərsizliyinin aradan qaldırılması və onların daha yaxşı qidalanmasının təmin edilməsi məqsədilə qəbul edilib. Məlumatda bildirilir ki, hazırda İspaniyada ailələri ildə 18.000 avrodan az qazanan 6-9 yaş arası uşaqların 46.7 faizi artıq çəkidən əziyyət çəkir. Bu göstərici daha varlı ailələrin uşaqlarında isə 29.2 faiz təşkil edir.

 

Hökumət rəsmiləri bildirirlər ki, ölkə məktəblərinin böyük hissəsi yeməkxanaların 74%-i və satış avtomatlarının 70%-i -milli qidalanma standartlarına cavab vermir. Buna görə də tənzimləmələrin tətbiqi zərurətə çevrilib.

 

İspaniyanın İstehlakçı və Sosial Məsələlər Naziri Pablo Bustinduy yeni qaydaların dövlət, dövlət maliyyələşdirilən və özəl məktəblərə, həmçinin erkən uşaqlıq mərkəzləri, ibtidai məktəblər və peşə təhsili müəssisələrinə şamil ediləcəyini açıqlayıb.

 

Qeyd olunur ki, İspaniyada 16 yaşdan yuxarı insanların 45,4%-i artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Bu göstərici Avropa İttifaqının bir çox ölkələrindən aşağı olsa da, uşaqlıqda piylənmənin artması narahatlıq doğurur.

Seçilən
31
azedu.az

1Mənbələr