AZ

Hindistanda qəzaya uğrayan təyyarədə bir nəfər sağ qalıbVİDEO

Xilasedicilər Hindistanın “Air India” aviaşirkətinə aid təyyarənin qəzaya uğradığı yerdə bir nəfərin sağ qaldığını müəyən edib.

Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Müəyyən edilib ki, qəzadan xilas olan şəxs 40 yaşlı, Hindistan əsilli Böyük Britaniya vətəndaşı Vişvaskumar Rameşdir.

Onun təyyarənin ön hissəsindəki 11A oturacağında əyləşdiyi bildirilib. Hazırda V. Rameşin həyatı üçün təhlükə yoxdur.

Ümumilikdə indiyədək ərazidə 204 meyit aşkar olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.

Seçilən
23
azpost.info

1Mənbələr