AZ

"Qalatasaray" Gündoğan ilə maraqlanır

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan İngiltərə çempionatından Türkiyə Superliqasına keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu sosial şəbəkələrdə məlumat yayıb.

Məlumata görə, "Qalatasaray" 34 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Tərəflər potensial transferlə bağlı danışıqlar aparır.

Gündoğan da öz növbəsində Türkiyə komandasına qoşulmağın əleyhinə deyil.

Seçilən
39
operativmm.az

1Mənbələr