AZ

Bakıda avtomobil piyadanın üzərindən keçibVİDEO

Bakıda yerə uzanan piyadanın üzərindən avtomobil keçib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində baş verib.

Hadisə şahidləri deyirlər ki, taksi kimi fəaliyyət göstərən ''VAZ-2106'' markalı maşının sürücüsü piyadanı vurub və hadisə yerindən qaçıb.

Hadisə şahidi Azad Cəbrayılov deyir ki, vurulan piyada təqribən 50-55 yaşında olub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən ''Xəzər Xəbər''ə bildirdilər ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. 

Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən şəxsin kimliyi hələ ki, bilinmir. Yol polisindən bildirdilər ki, hadisəni törədən sürücünün axtarışı aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
51
xezerxeber.az

1Mənbələr