ABŞ prezidenti Donald Tramp Kaliforniya qubernatoru Qevin Nyusomu Los-Ancelesdəki etirazlar fonunda vəziyyətə nəzarəti itirməkdə ittiham edib. "Los-Anceles son iki gecədir ki, təhlükəsiz və sağlamdır. Böyük Milli Qvardiyamız dəniz piyadalarının köməyi ilə polisin öz işini səmərəli şəkildə yerinə yetirə bilməsini təmin etdi. Onlar birlikdə əla iş gördülər, lakin hərbçilər olmasaydı, Los-Anceles illərdir görmədiyimizcinayətgar hadisələrə səhnə olardı. Los-Anceles qubernatoru isəvəziyyətə nəzarəti tamamilə itirib", - deyə Tramp sosial şəbəkədə yazıb. Prezident həmçinin Nyusomun soyadını təhqiramiz şəkildə səhv tələffüz edərək kobud şəkildə onu təhlükəsizlik qüvvələrinə təşəkkür etmək əvəzinə səriştəsizliyinə haqq qazandırmaqdaittiham edib.
Surxay Əliyev