AZ

Keniyada etirazlar alovlandı: Avtomobillər yandırılır, gözyaşardıcı qaz istifadə olunur

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Keniyanın paytaxtı Nayrobidə tanınmış bloqer və ictimai fəal Albert Odcvanqın həbsxanada qəfil ölümü ilə bağlı genişmiqyaslı etiraz aksiyaları başlayıb.

Oxu.Az-ın rg.ru-ya istinadla verdiyi məlumata görə, etirazçılar onun ölümündə polis əməkdaşlarını günahlandırırlar.

Sosial şəbəkələrdə yüz minlərlə izləyicisi olan Odcvanq hüquq-mühafizə orqanlarındakı korrupsiyanı tənqid edən yazıları ilə tanınırdı. Onun "nifrət yaymaq" ittihamı ilə həbs edildiyi bildirilir.

Etirazçılar polis idarəsinə və Milli Assambleyaya hücum etməyə cəhd göstəriblər.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Keniyada etirazlar alovlandı: Avtomobillər yandırılır, gözyaşardıcı qaz istifadə olunur

Polis gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıdıb. Bir neçə avtomobil yandırılıb, şəhərin mərkəzində gərginlik davam edir.

Aksiyanın əsas tələblərindən biri - bloqerin təqibində günahlandırılan polis rəsmisi, Baş Polis Müfəttişinin müavini Eliud Laqatın dərhal istefasıdır.

Ekspertlər qarşıdurmaların bir neçə gün davam edə biləcəyini istisna etmirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
2
oxu.az

3Mənbələr