“Air India” aviaşirkətinə məxsus "Boeing 787 Dreamlinet" təyyarəsinin Əhmədabad hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində 290-dan çox insan həlak olub.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edək ki, Londona uçan təyyarənin göyərtəsində 242 nəfər olub. Havaya qalxdıqdan az sonra təyyarə qəzaya uğrayıb - hava limanının yaxınlığında yerləşən tibbi yataqxanaya düşüb.
Daha əvvəl təyyarə qəzasında yalnız bir nəfərin sağ qaldığı bildirilirdi.