AZ

Uşaqlara görə verilən müavinət də ARTIRILDI

2025-ci il iyulun 1-dən bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 100 manatdan 140 manata qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda öz əksini tapıb.

Həmçinin, iyulun 1-dən ailə başçısını itirməyə görə müavinət 120 manatdan 140 manata qaldırılıb.

Bununla yanaşı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətlərin məbləği 120 manatdan 140 manata qaldırılıb.

Bizim.Media

Seçilən
23
1
bizim.media

2Mənbələr