BAKI, 12 iyun. TELEQRAF
"İmcomat" MMC yenidən təşkil olunması ilə bağlı elan verib.
Teleqraf xəbər verir ki, buna səbəb "Çinar 1968" MMC və "AZ Tuizm" MMC-nin ləğv olunaraq "İmcomat" MMC-yə qoşulması olub.
Qeyd edək ki, “AZ Turizm” MMC 2012-ci ildə təsis edilib və nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Hüseynli Fəxrəddin İsrafil oğludur.
”Çinar 1968” MMC isə 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Qəribov Müşviq Fazil oğludur.