AZ

2000 min manat alacaqlar: Sağ qalan Milli Qəhrəmanlarımız - SİYAHI

"Azərbaycanın Milli Qəhrəman" adı verilmiş şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmamış uşaqlarına verilən təqaüdün miqdarı artıb. 

Bu barədə Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb. Sərəncama görə onlara ayrılan sosial müavinətlər aylıq 2000 manat təşkil edəcək.

Modern.az xəbər verir ki, ölkəmizdə “Azərbaycanın Milli Qəhrəmanı” adına görə 184 nəfər sosial müavinət alır. 

Beləliklə, “Milli Qəhrəman” adına görə dövlət büdcəsindən hər ay 368 min manat pul ayrılır. 

Hazırda Azərbaycanın 222 Milli Qəhrəmanından 15 nəfəri sağdır.

Sağ olan Milli Qəhrəmanların adlarını şəkillərinin sıralanması üzrə təqdim edirk:

1. Bəxtiyar Allahverdiyev

2. İntiqam Atakişiyev

3. Rövşən Əkbərov

4. Vahid Quliyev

5. Mirzə Quliyev

6. Şahin Tağıyev

7. Fəxrəddin Cəbrayılov

8. Ehtiram Əliyev

9. Fariz Qəhrəmanov

10. Mədət Quliye

11. Zabit Quliyev

12. Fariz Mədətov

13. Mövsüm Məmmədov

14. Sahil Məmmədov

15. İbad Hüseynov

Seçilən
18
modern.az

1Mənbələr