AZ

Futbolda yeni era başlayır

FİFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) və İFAB (Beynəlxalq Futbol Federasiyaları Birliyi‎) bu yay keçiriləcək Klublararası Dünya Kuboku futbol dünyasında bir çox texnoloji yeniliklərə ev sahibliyi edəcək. Hakim qərarlarından tutmuş ofsayd texnologiyasına qədər bir çox sahədə inqilabi tətbiqlər həyata keçiriləcək.

Turnirdə sınanacaq 5 əsas yeniliyi təqdim edirik:

 

1. Meydanda bədən kameraları olan hakimlər

IFAB-ın icazəsi ilə hakimlər artıq bədən kameraları taxacaqlar. Bu kameralar həm tamaşaçıya daha çox şəffaflıq təmin edəcək, həm də hakimlərin qərar vermə anlarını təkbətək əks etdirəcək. Yayımlarda istifadə olunacaq bu görüntülər futbol azarkeşlərinə oyunun daxili hekayəsini göstərəcək.


2. VAR rəyləri stadionda canlı yayımlanacaq

Hakimlərin VAR monitoru qarşısında hazırladıqları video rəylər stadion ekranlarında canlı yayımlanacaq. Azarkeşlər verilən qərarların səbəblərini dərhal görə biləcək və spekulyasiyalar minimuma endiriləcək.

 

3. Sensor tərəfindən dəstəklənən ofsayd qərarlarının yeni dövrü

Yeni sistemlə istifadə edilən toplara yerləşdiriləcək sensorlar ilə yarı avtomatik ofsayd texnologiyası işə düşəcək. Beləliklə, ofsayd qərarları daha sürətli və daha dəqiq olacaq.

 

4. Süni intellektlə canlı məlumat izləmə

FİFA-nın “Hawk-Eye” (“Qırğı gözü”) ilə birgə hazırladığı süni intellekt sistemi matç zamanı canlı məlumatların toplanması vəzifəsini öz üzərinə götürəcək. Oyunçu hərəkətləri, top sürəti və ötürmə trafiki kimi bir çox detal dərhal təhlil ediləcək.

 

5. Kağız əvəzetmə bildirişi dövrü bitdi

Artıq oyunçuların dəyişdirilməsi rəqəmsal planşetlər vasitəsilə həyata keçiriləcək. 4-cü hakimlər ehtiyat oyunçular skamyasından əvəzetmə sorğularını kağız üzərində deyil, elektron şəkildə qəbul edəcəklər.

 

Futbolun gələcəyi test olunur

Bu tətbiqlər futbolun inkişafı üçün mühüm addım hesab edilsə də, uğurlu olacağı təqdirdə bir çox beynəlxalq turnir və liqalarda istifadə ediləcəyi gözlənilir.

Seçilən
15
vaxt.az

1Mənbələr