Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakıda sıxlıq zamanı səbirsizlik nümayiş etdirən sürücünün hərəkətləri digər sürücünün qəzəblənməsi ilə nəticələnib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 10-da, paytaxtın 8 Noyabr prospektində qeydə alınıb. Belə ki, 77-YT-420 qeydiyyat nişanlı "Lada" markalı avtomobilin sürücüsü yolda sıxlıq olduğunu görə-görə qarşıdakı avtomobilə siqnal verib. Daha sonra isə həmin sürücünü sağdan ötərək qabağa düşməyə çalışıb. Görüntünü qeydə alan avtomobilin sürücüsü bundan qəzəblənərək həmin sürücüyə iradını bildirib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Sözügedən videonu təqdim edirik.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.