AZ

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə start verildi

BAKI, 12 iyun. TELEQRAF

Elm və təhsil sahəsində maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılması məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən “Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi keçirilir.

Elm və Təhsil Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur.

Foto və video məzmun olmaqla 2 kateqoriyada keçiriləcək müsabiqədə peşəkar və həvəskar vizual məzmun yaradıcıları, foto-müxbirlər və media nümayəndələri iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər https://anket.edu.az/user/225 platforması üzərindən qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak hüququ əldə edənlər mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.

Qeydiyyatla bağlı hər hansı çətinliklə üzləşənlər [email protected] elektron poçt ünvanı üzərindən yazaraq müraciət edə bilərlər.

Müsabiqəyə qeydiyyat 26 iyun 2025-ci il tarixinədək aktiv olacaq.

Müsabiqə ilə bağlı ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz:

Azərbaycan mətbuatının 150 illiyinə həsr olunmuş "Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin keçirilməsi Qaydaları

Seçilən
17
7
teleqraf.com

8Mənbələr