Paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində aparılan və yarımçıq qalan qazıntı işləri sürücülərin işini çətinləşdirib.
Xezerxeber.az-ın məlumatına görə, ərazidə çalışanlardan öyrəndik ki, magistral yolu təxminən 15 gündür qazıblar. Bu isə həm sürücülərə, həm də piyadalara ciddi çətinliklər yaradır.
Ərazidə alternativ yolun olmaması xüsusən də sürücülərin işini daha da çətinləşdirir.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, Ərazi Tikinti Planlaşdırma Mərkəzinin verdiyi sxemə və texniki şərtlərə əsasən, qeyd edilən ünvanda yerləşən, dövlət tərəfindən inşa edilmiş yaşayış komplekslərinə su və kanalizasiya xəttlərinin çəkilməsi məqsədilə müvafiq razılıq alınıb. Orada sonradan bərpa edilmək şərti ilə asfalt örtüyü sökülüb. Binalara su və kanalizasiya xəttinin çəkilişi iki aya yekunlaşacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.