AZ

Gürcüstanın beşinci prezidenti cərimələnib

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili bildirib ki, Daxili İşlər Nazirliyi onu yolu bağladığına görə 5000 lari cərimələyib.

Qaziler.az "Qruziya-onlayn"a istinadən bildirir ki, bu barədə Salome Zurabişvili sosial şəbəkədə yazıb və inzibati xəta haqqında protokolun fotosunu dərc edib.

Söhbət martın 3-də Rustaveli prospektində keçirilən mitinqdən gedir, Zurabişvilinin yazdığı kimi, o, həqiqətən də orada olub.

"Mən hər bir ananın dayanmalı olduğu yerdə - vicdan məhbuslarının analarının yanında dayandım!" - Salome Zurabişvili yazıb.

QAZİLER.AZ

Seçilən
3
qaziler.az

1Mənbələr