Bakı. Trend:
Bakı şəhər Təhsil İdarəsi 264 nömrəli tam orta məktəbdə IXsinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb.
Trend xəbər verir ki, bubarədə Bakı şəhər Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı müəllim və valideynlərlə görüşkeçirilib, müvafiq tövsiyələr verilib. Sinif rəhbərinin izahatıalınıb və ona yazılı xəbərdarlıq edilib.
Qeyd edək ki, Bakı şəhəri 264 nömrəli məktəb-liseydəşagirdlərdən attestat üçün 20 manat məbləğində pul yığıldığı iddiaolunmuşdu.