AZ

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən 44.5 kq işlənmiş batareya təhvil alınıb

İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.

Ekokönüllülər  “Araz” supermarketlər şəbəkəsinin Azadlıq-2 filialından, "Rahat" supermarketlər şəbəkəsinin Nərimanov filialından ümumilikdə 44.5 kq işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil veriblər.
Bu təşəbbüs ətraf mühitin qorunmasına töhfə verməklə yanaşı, cəmiyyətin ekoloji məsuliyyətinin artırılmasına yönəlib. Hər kəsi ətraf mühitin qorunmasına, tullantıların düzgün idarə edilməsinə yönəlmiş belə təşəbbüslərdə aktiv iştiraka çağırırıq. Ekologiya.az
Seçilən
8
ekologiya.az

1Mənbələr