AZ

Ukraynalı məhbusun qarnına “Rusiyaya eşq olsun” sözləri həkk olundu


Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ukraynalı hərbi əsirinin qarnına həkk olunmuş və internetdə yayılan “Rusiyaya eşq olsun” sözləri yazılmış fotonu orijinal adlandırıb. İyunun 9-da yayılan fotodan görünür ki, əsgərin bədənində çoxsaylı çapıqlar, işgəncə və cərrahi müdaxilə izləri var. Bu görüntü qorxulu olduğu üçün gizlətdik. BunuBaş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.O,qeyd edib ki, fotoda əvvəlki məhbus mübadiləsində azad edilmiş ukraynalı əsgər əks olunub. Fotonu onu müayinə edən həkim çəkib.
"Təəssüf ki, bu, real fotodur. Bu, əvvəlki mübadilələrdən birindəndir. Oğlanların reabilitasiyadan keçdiyi rayon mərkəzlərindən birində müayinə zamanı həkim dözə bilməyib, şəklini çəkib internetə yerləşdirib. Bu, bizim müdafiəçilərimizin əsirlikdə nələr yaşadıqlarının təzahürüdür", - deyə Yusovmilli telemarafonda bildirib. Əsgərin fotosu Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin yeni mərhələsinin başladığı məlum olandan az sonra yayılıb.

Surxay Əliyev

Seçilən
42
baki-xeber.com

1Mənbələr