
Con Lennonun gələcək həyat yoldaşı Sintiya Lennona yazdığı sevgi məktubu Londondakı “Christie's” hərracına çıxarılır.
Yeniavaz.com xəbər verir ki, dörd səhifəlik əlyazma məktubu 1962-ci ilin aprelinə aiddir.
21 yaşlı Lennon bunu bir neçə gecə Hamburqdan fasilələrlə yazıb, burada hələ dünya miqyasında şöhrət qazanmamış “The Beatles” “Star-Club”da gündəlik bir sıra konsertlər verirdi.
Sintiyaya etiraflarından əlavə, burada Lennonun yaxın dostu, sənətçi və “The Beatles” qrupunun ilk basçısı Stüart Sutkliffin adı çəkilir, o, 1962-ci il aprelin 10-da Hamburqda beyin qanamasından 21 yaşında dünyasını dəyişib.
Məktubda Lennon “The Beatles” qrupunun digər üzvü Pol Makkartnidən də şikayətlənir:
“Paul başıma tullanır (o çarpayının üst mərtəbəsində yatıb xoruldayırdı)... Sus Makkartni!”.