AZ

Dünyanın ən böyük amfibiya təyyarəsinin kütləvi istehsalına başlanıdı

Çində yaradılmış dünyanın ən böyük "AG600" amfibiya təyyarəsinin kütləvi istehsalına başlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Çinin Aviasiya Sənayesi Korporasiyası məlumat yayıb.

Qeyd olunub ki, 11 iyun tarixində "AG600" istehsal lisenziyası alıb və rəsmi olaraq serial istehsal mərhələsinə daxil olub.

Amfibiya təyyarənin uzunluğu 38,9 m, hündürlüyü 11,7 m, qanadlarının uzunluğu 38,8 m-dir. "AG600"ün maksimal uçuş çəkisi 60 ton, maksimal praktiki uçuş məsafəsi isə 4,5 min km-ə çatır.

Seçilən
11
1
publika.az

2Mənbələr