AZ

ABŞ maliyyə naziri İranın kölgə donanmasına qarşı sanksiya sərəncamı imzalayıb

ABŞ-nin maliyyə naziri Skott Bessent İranın, belə desək, kölgə donanmasına təsir edəcək sanksiyalarla bağlı iki sərəncam imzaladığını açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qurum rəhbəri ABŞ Senatında keçirilən dinləmələrdə bildirib.

“Bu səhər İrana qarşı sanksiyalarla bağlı daha iki sərəncam imzaladım. Biz maksimum təzyiq göstəririk (İrana qarşı – red.). Biz onların kölgə donanmasının izinə düşməyə çalışırıq”, - o deyib.

Xatırladaq ki, ötən həftə ABŞ həmçinin İranın xeyrinə pulların yuyulması ilə bağlı 10 fiziki və 27 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Seçilən
30
2
report.az

9Mənbələr