AZ

BVF Rusiyada inflyasiyanın azalacağını proqnozlaşdırdı

BAKI, 12 iyun. TELEQRAF

Beynəlxalq Valyuta Fondu (BVF) Rusiyada inflyasiyanın 2027-ci ilə qədər azalmağa davam edəcəyini proqnozlaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a BVF-nin rəsmi nümayəndəsi Culi Kozak məlumat verib.

Kozak bildirib ki, hazırda Rusiyada inflyasiya yüksək səviyyədədir, lakin yaxın gələcəkdə azalacağı gözlənilir.

"Biz inflyasiyanın bu ilin sonuna qədər 8,2 faizə düşəcəyini və 2027-ci ilin birinci yarısında 4 faizlik hədəf səviyyəsinə çatacağını proqnozlaşdırırıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, əvvəlcə Dövlət Duması 2025-ci il üçün federal büdcənin göstəricilərinə dəyişikliklər haqqında qanun layihəsini üçüncü və yekun oxunuşda qəbul edib. Bu dəyişikliklər büdcə kəsirinin artırılmasını nəzərdə tutur.

Seçilən
30
teleqraf.com

1Mənbələr