AZ

NATO Ukrayna və Rusiya sərhədlərini izləmək üçün peyk sistemi qurur

NATO hərbi təlimləri, qoşunların hərəkətləri və döyüş əməliyyatlarını izləmək məqsədilə yeni peyk müşahidə sistemi üzərində işləyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin Transformasiya üzrə Ali Komandanının admiralına istinadla məlumat yayıb.

Bildirilir ki, bu sistem Ukraynadakı vəziyyəti və Rusiyanın alyansın şərqdəki üzv dövlətləri ilə sərhədlərindəki fəaliyyəti izləmək üçün nəzərdə tutulub.

“Məqsəd geniş əraziləri əhatə edə bilən peyk müşahidə imkanlarının artırılmasıdır ki, bu da Ukraynada və Rusiya ilə sərhəddə yerləşən şərq ölkələrində hərbi hərəkətlərin izlənməsinə imkan verəcək,” — deyə məlumatda qeyd olunur.

Admiral Vandyenin sözlərinə görə, layihə NATO-ya geniş əraziləri izləməyə, həmçinin təlimlərə, qoşun hərəkətlərinə və döyüş fəaliyyətinə nəzarət etməyə şərait yaradacaq. Eyni zamanda bu texnologiyadan Arktika bölgəsindəki vəziyyətin monitorinqi üçün də istifadə oluna bilər.

Layihənin 2026-cı ilin yanvarında işə salınması planlaşdırılır.

Seçilən
42
nocomment.az

1Mənbələr