“Netflix” onlayn-kinoteatrı PSJ-nin 2024/2025-ci illər mövsümünün Çempionlar Liqasındakı zəfəri haqda sənədli film çəkəcək.
Arena.az “EuroFoot” dərgisinə istinadən məlumat verir ki, bu barədə PSJ-nin prezidenti, qətərli iş adamı Nasser Əl-Xelaifi “Alkass TV”-yə müsahibəsində bildirib:
“Sənədli film klublararası dünya çempionatından sonra çıxacaq və bizim Avropa zəfərimizin pərdəarxası məqamlarından söhbət açacaq. O “Netflix”də çıxacaq”, deyə Əl-Xelaifi vurğulayıb.
Xatırladaq ki, PSJ 2024/2025-ci illər mövsümündə Çempionlar Liqasını qazanmaqla yanaşı, Fransa Liqa 1-i, Fransa Kubokunu və Fransa Kubokunu da qazanıb. Fransa nəhəngini qarşıda 2025-ci il FIFA Klub Dünya Kuboku, həmçinin Avropa Super Kuboku uğrunda yarış gözləyir.