AZ

Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq müzakirə olundu

TBİLİSİ, 12 iyun. TELEQRAF

Gürcüstan parlamentinin Sektor iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili Azərbaycanın bu ölkədəi səfiri Faiq Quliyevlə görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.

Tanışlıq görüşündə ölkələr arasında dostluq münasibətlərinə nəzər salınıb, Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətlərinin müzakirəsi aparılıb.

Tərəflər qarşılıqlı əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edən strateji istiqamətlər və layihələri nəzərdən keçiriblər. Görüşdə energetika sahəsi də müzakirə olunub və bu kontekstdə Qara dəniz sualtı kabel layihəsinin potensialı vurğulanıb. Orta Dəhlizin geosiyasi roluna da xüsusi diqqət yetirilib. Qeyd olunub ki, bu layihə Gürcüstan və Azərbaycanın qlobal logistika şəbəkələrində etibarlı tranzit tərəfdaşları kimi əhəmiyyətini bir daha təsdiqləyir.

Görüşdə iki ölkədə fəaliyyət göstərən şirkətlərin roluna və ikitərəfli ticarət-iqtisadi əlaqələrin dinamikasına töhfələrinə nə toxunulub, yeni iş yerlərinin yaradılması kontekstində şirkətlərin fəaliyyətinin vacibliyi vurğulanıb.

Seçilən
10
2
teleqraf.com

3Mənbələr