Gəncədə ictimai nəqliyyat sistemi əsaslı şəkildə yenidən qurulur.
Xezerxeber.az-ın məlumatına görə, yeni avtobus parkı yaradılır, marşrut xətləri optilmallaşdırılır, yeni avtobusların gətirilməsinə hazırlıq görülür. Paralel olaraq bu avtobuslarda işləyəcək sürücülətin seçimləri aparılır.
Yeni avtobuslarda sürücü kimi işlmək arzusunda olanların seçiminin ilk mərhələsində namizədlər hərəkətəbaşlama, manevretmə və nəqliyyat vasitəsinin
yolun hərəkət hissəsində düzgün yerləşdirilməsi və digər peşəkarlıq tələb edən praktiki tapşırıqları yerinə yetiriblər.
Yeni avobuslarda sürücü işləmək arzusu ilə seçimlərə qatılanların əksəriyyəti bu sahədə müvafiq iş təcrübəsinə malik olan şəxslərdir.
Yoxlamadan uğurla keçən sürücülər növbəti mərhələdə tibbi yoxlanışdan keçdikdən sonra nəzəri və praktik bilikləri əhatə edən təlim prosesinə cəlb ediləcəklər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.