AZ

“İsrailin İrana zərbə endirməsi ehtimalı yüksəkdir” –Trampdan müharibə anonsu?

“İran münaqişədən qaçmaq üçün güzəştə getməlidir“.

AzPost bildirir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, mümkün münaqişədən qaçmaq üçün Tehran danışıqlarda daha çox çeviklik nümayiş etdirməlidir.

Tramp əlavə edib ki, İsrailin İrana zərbə endirməsi ehtimalı yüksəkdir: “Mən İranla münaqişədən qaçmağı çox istərdim”, – deyən Tramp  İranın nüvə silahı əldə etmək səylərindən əl çəkəcəyi təqdirdə ABŞ-ın Tehranla ticarət əlaqələrini inkişaf etdirməyə və hətta yardım göstərməyə hazır olduğunu bildirib.

“İranla razılaşma istəyirəm. Nisbətən yaxşı razılaşmaya yaxınıq. Mən diplomatik həllə üstünlük verirəm. Razılaşma şansının olduğu üçün  bu prosesi pozmamaq üçün İsrailin hərəkətə keçməməsini istərdim”-deyən Tramp eyni zamanda böyük regional müharibənin başlaya biləcəyi də istisna etməyib: “Bu, bir ehtimaldır”.

Axios portalının məlumatına görə, İran İsrailin hücumuna cavab verərsə, ABŞ kütləvi insan tələfatından ehtiyat edir.

Donald Trampın xüsusi elçisi Steve Witkoff ötən həftə respublikaçı senatorlara İranın nüvə obyektlərinə zərbənin potensial dəhşətli nəticələri barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Tehranın cavabı kütləvi itkilərə və İsrailin müdafiə sistemini həddən artıq yükləməsinə səbəb ola bilər.

AzPost.az

Seçilən
21
azpost.info

1Mənbələr