AZ

"Spartak Moskva"nın sabiq futbolçusu həbs edilib

Niderlandlı futbolçu Promes iyunun 11-dən 12-nə keçən gecə Dubaydakı evində saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə "De Telegraaf”ın məlumat yayıb.

Futbolçunun həbsi ilə bağlı məlumatı onun vəkili Cem Polat da təsdiqləyib, lakin o, əlavə şərh verməkdən imtina edib.

Hollandiyada Promesə qarşı iki cinayət işi açılıb, biri narkotik qaçaqmalçılığı, digəri isə əmisi oğluna hücum etmək ittihamı ilə bağlıdır. Promes məhkəmə ilə əməkdaşlığa və mümkün cəzanı çəkməyə hazırdır.

33 yaşlı Promes 2014–2018-ci illərdə və 2021–2024-cü illərdə “Spartak” klubunda çıxış edib. Ötən ilin fevralında o, BƏƏ-də saxlanılıb və Moskva komandası ilə ölkədən kənara çıxa bilməyib. Daha sonra o, Niderland prokurorluğunun tələbi ilə həbs olunub və sonradan sərbəst buraxılıb.

Hazırda Promes BƏƏ çempionatının ikinci güclü divizionunda çıxış edən “Dubai United” klubunun üzvüdür.

Seçilən
47
operativmedia.az

1Mənbələr